
Materiallar
Biz işimizdə yalnız xaricdə istehsal olunan materiallardan, furnituradan və mexanizmlərdən istifadə edirik.
1. LDSP. Üzlənmiş ağac-yonqa lövhəsi, sadə dildə – laminat. Lazımi ölçüdə lövhələrə preslənmiş ağac yonqarı. DSP tutqun və ya parlaq səthi və müxtəlif rənglərlə və çalarlarla, və ya çoxlu ağac növünü təqlid edən fakturalı örtüyü ilə üzlənir. Laminat mebel istehsalında ən ucuz materialdır. Biz Türkiyə, Almaniya və Avstriya istehsalı laminatlardan istifadə edirik.
2. MDF. Yüksək təzyiq və temperatur altında preslənmiş ağac lifləridir. Material ABŞ-da icad olunub. MDF emalına çox yaxşı tabe olur, yüksək rütubətə davamlıdır. Mebel istehsalı prosesində laminatla fərqli olaraq, MDF lövhələrinə dairəvi formalar vermək olar. MDF-in səthi müxtəlif üsullarla emal oluna bilər. Onların arasında avtomobil boyası ilə istənilən rəngin vurulması; kağız-qatran plyonkalarla, şponla (nazik ağac təbəqəylə), plastiklə üzlənməsi.
3. Akrilyuks. Müasir və dəbli fasad örtüyü şəfəqli güzgü effekti ilə. Akrilyuks plitələr MDF-dən, möhkəm akril plastikdən və şəffaf melamin plyonkadan ibarətdir. Akril plitələrin örtüyü ideal hamar səthi ilə olur, temperatur və günəş şüalarının təsirlərə davamlıdır, gözəl istismar keyfiyyətlərinə malikdir, müxtəlif rəngli ola bilər.
4. Təbii ağac. Müxtəlif növ ağacdan klassik mebel dəbdən heç vaxt çıxmır. Onun görkəmli görünüşü var, etibarlı və uzunömürlüdür. Ağacdan düzəldilən mebel daha bahalıdır.
5. Digər materiallar. Sifarişçinin istəyi ilə mebel elementlərinin bəzədilməsi üçün biz həmçinin dəri, parça, fotoçapla və qumvuran rəsmlə şüşə və güzgü istifadə edirik. Yumşaq mebel sifarişçinin seçimiylə müxtəlif rəng çalarları və naxışları ilə Türkiyə istehsalı olan keyfiyyətli dəri və ya parça ilə üzlənir.