
"Art Mebel"dən yataq mebellərin sifarişi
Müasir insana yuxu üçün kifayət qədər vaxt ayırmaq heç də həmişə mümkün olmur, ona görə də yataq otağının interyeri relaksasiyaya və tez yuxuya getməyə mütləq kömək etməlidir. Divar kağızların və pərdələrin sakit pastel tonları, rahat, zövqlə seçilmiş yataq mebeli komfortla gecə saatları keçirməyə və səhər xoş ovqatla oyanmağa kömək edəcək.
Fərdi layihə üzrə yataq mebellərin sifarişi sizə yataq otağının məkanı optimal istifadə etməyə imkan verəcək, otağını unikal edəcək və sizin zövqünüzü vurğulayacaq. Siz mebelin dizaynı, ölçüləri və rəngi özünüz seçirsiniz. Rahat çarpayılar, zərif şkaf-kupelər, tumbalar, tualet masacıqlar, yumşaq kətillər və "Art Mebel"dən sifarişlə digər yataq mebeli sizə yataq otağının ideal mühiti yaratmağa kömək edəcək.
Hazırladığımız yataq mebelin çeşidi kataloqda təqdim olunan modellərlə məhdudlaşmır. Biz sizin xüsusi layihə üzrə istənilən dizayn ideyasını həyata keçirməyə hazırıq – bu fiqurlu elementləri ilə, oyma, və zərlə klassik üslubda yataq qarnituru, yaxud modern üslubda ultramüasir mebel olsun. Sizin istəyinizlə biz sizin üçün eksklüziv dizayn-layihə pulsuz yaradacayıq.
Yataq otağı dəstinin əsas atributu – əlbəttə, çarpayıdır. Biz çarpayılarımızı rahat və keyfiyyətli döşəklərlə təchiz edirik, hansı ki yuxu zamanı maksimal komfortu təmin edəcək. Sizin istəyinizlə çarpayı yataq dəyişəyi və paltar saxlanması üçün siyirmələrlə təchiz oluna bilər. Həmçinin biz açılan çarpayı və daxili çarpayı-şkafları hazırlayırıq.
"Art Mebel"dən sifarişlə bütün arzularınızı nəzərə alınmaqla hazırlanmış, müəyyən üslubda olan, rahat və keyfiyyətli yataq mebellər sizin mənzilin layiqli bəzəyi olacaq və uzun illər xidmət edəcək.
Zamanla sınanmış istehsalçıdan və zəmanəti ilə yataq mebeli indi sifariş edin!
Siz pulsuz əldə edəcəksiniz:
• Dizaynerin və ölçüləri götürən ustanın gəlməsi;
• Müasir mebel modasının tendensiyalara və ifa variantlara dair məsləhətlər;
• İndividual dizaynının hazırlanması, layihənin 3D-maketinin yaradılması;
• Bakı və ətraf şəhərlərin istənilən nöqtəsinə çatdırılması;
• Lazımi mərtəbəyə qaldırılması və quraşdırılması