Hazırladığımız mebellərin çeşidi kataloqda təqdim olunan modellərlə məhdudlaşmır. Zövqünüzə və istəklərinizə uyğun hər bir modelini hazırlaya bilərik.

Qonaq mebellərin sifarişi

Qonaq otağı hər mənzilin başlıca yeridir. Qonaq otağında biz axşamlar iş günündən sonra televizor qarşısında dincəlirik, bayram qarşılayaraq masa arxasında toplaşırıq, və əlbəttə, qonaqları qəbul edirik.

Abadlaşdırılmış, istirahət etməyə kömək edən qonaq otağı xoş təəssürat yaradır və evin sahiblərinin yaxşı zövqü haqqında deyir. Məhz buna görə də, qonaq otağında hər şey əsaslı surətdə seçilmiş olmalıdır və xüsusi diqqətlə yerləşdirilməlidir. Burada hər şeyi elə planlaşdırmaq lazımdır ki, həm sizə, həm də evinizə gələn qonaqlara burada olmaq rahat və xoş olsun.

Hər evdə qonaq otağını özünəməxsus tərzdə mebellə təchiz edirlər. Bəziləri üçün tam mebel dəsti və 12 nəfərlik yemək stolu zəruridir, başqaları üçünsə divan kresloların cütlüyü ilə və televizor tamamilə kifayətdir. Mebel alarkən qonaq otağınızın qabaritləri mütləq nəzərə almaq lazımdır. Bu amil xüsusilə kiçik qonaq otaqları üçün aktualdır. Mebellərin düzülüşündən sonra qonaq otağında kifayət qədər boş məkan qalmalıdır, yoxsa sizin və qonaqlarınız üçün rahatlığı barədə unutmaq olar.

Qonaq otağının ölçüləri, həmçinin mebel dizayna dair sizin bütün zövqləri və üstünlükləri nəzərə alan optimal həll – fərdi lahiyə üzrə qonaq mebellərin sifarişi.

Bizə müraciət edərək, siz məhz arzuladığınız qonaq mebeli əldə edəcəksiniz. "Art Mebel" sifarişlə hər dizaynda və üslubda qonaq mebeli hazırlayır – oyma elementləri ilə təbii ağacdan klassik qarniturlardan başlayaraq High-Gloss şəfəqli örtüyü ilə ultramüasir mebel modullarına və TV-stendlərə qədər.

Kataloqda modellərin yalnız kiçik bir hissəsi təqdim olunub. Siz öz layihə üzrə qonaq mebelin tam istənilən modeli bizdən sifariş edə bilərsiniz, ya da bizim dizaynerlər xüsusi olaraq sizin üçün sizin bütün fikirlərinizi nəzərə almaqla unikal layihə pulsuz yaradacaqlar.

Siz bizim tərəfimizdən istifadə olunan zamanla yoxlanılmış xarici istehsalçılardan materialların ən yüksək keyfiyyətinə, əməkdaşlarımızın yüksək peşəkarlığına və təcrübəsinə, eləcə də bizdən sifariş olunan qonaq otağı mebellərin müstəsna etibarlılığına və uzun illər boyu evinizin bəzəyi olmağına əmin ola bilərsiniz.

Qiymətlər də sizi sevindirəcək – bizim öz istehsal sexlərin olması, ticarət obyektlərin və vasitəçilərin olmaması bizə istehsal edilən mebelləri həqiqi dəyərindən artıq yox, real qiymətinə təklif etməyə imkan verir.

"Art Mebel" optimal qiymət-keyfiyyət nisbəti ilə və sifarişçi üçün ən sərfəli şərtləri ilə sifarişlə qonaq otağı mebelləri təklif edir.

Zamanla sınanmış istehsalçıdan və zəmanəti ilə qonaq mebeli indi sifariş edin!

Siz pulsuz əldə edəcəksiniz:

• Dizaynerin və ölçüləri götürən ustanın gəlməsi;
• Müasir mebel modasının tendensiyalara və ifa variantlara dair məsləhətlər;
• İndividual dizaynının hazırlanması, layihənin 3D-maketinin yaradılması;
• Bakı və ətraf şəhərlərin istənilən nöqtəsinə çatdırılması;
• Lazımi mərtəbəyə qaldırılması və quraşdırılması

(070) 565-37-05
info@artmebel.az
Sizə zəng edək?

© 2023  artmebel.az