Hazırladığımız mebellərin çeşidi kataloqda təqdim olunan modellərlə məhdudlaşmır. Zövqünüzə və istəklərinizə uyğun hər bir modelini hazırlaya bilərik.

Şkaf-kupe sifarişi

Şkaf – hər mənzilin interyerində olan mebel predmetidir. Qapı şürüşən sistemi sayəsində mənzildə məkanı qənaət etməyə imkan verən şkaf-kupelər bu gün xüsusi populyarlığa malikdirlər. "Art Mebel" sizə istənilən dizaynla və istənilən mürəkkəbliyə malik şkaf-kupenin sifarişlə hazırlanmasını təklif edir.

Gövdə (korpus) şkaf-kupe

Arxa və yan divarlarının, habelə üst və alt panellərinin olması sayəsində şkafı mənzilin istənilən yerə köçürmək olar.

Daxili şkaf-kupe

Evin divarında olan lazımsız oyuqları istifadə etməyə başlamaq üçün ideal variantdır. Arxa, bir və ya iki yan divarlarının, üst və alt panellərinin olmadığından sifarişlə daxili şkaflar korpus şkaflardan ucuz başa gəlir.

Açma şkaflar

Şkaf-kupelərə müasir dəbinə baxmayaraq, açma qapılar ilə şkaflara də müəyyən tələbat vardır. Həm korpus, həm də daxili ola bilərlər.

Bizdən sifarişin üstünlükləri:

Münasib qiymətə mükəmməl keyfiyyət. Bizim qiymətlər hətta ən qənaətcil sifarişçini sevindirəcəklər – biz sifarişlə şkaf-kupeləri və açma şkafları cəmi 180 AZN-dən (bir kvadrat metr üçün) başlayaraq dəyərində təklif edirik. Bu zaman biz yalnız xarici istehsalçıların yüksək keyfiyyətli materiallardan və furnituradan istifadə edirik, onların emalını isə müasir avadanlıqda aparırıq. Bütün bunlar işçilərimizin təcrübəsi və peşəkarlığı ilə birgə bizə ən yüksək keyfiyyətli şkafları istehsal etməyə imkan verir, hansı ki, uzun illər boyu sizi sevindirəcək və evinizin interyerini bəzəyəcək.

İstifadə rahatlığı. Biz sizin tələblərinizə tam uyğun şkaf hazırlayacayıq. Şkaf onun üçün ayrılmış məkana ideal olaraq yerləşəcək, sizə vacib olan rəflərin, siyirmələrin və digər elementlərin sayı ilə təchiz ediləcək.

İndividual dizayn. Şkaf interyerə qüsursuz yaraşacaq – biz sizə nəinki kataloqdan modelləri təklif edirik. Şkaf sizin öz eskiziniz üzrə hazırlana bilər, ya da biz xüsusi olaraq sizin üçün fərdi dizayn yaradacayıq. Biz materialların, rənglərin və teksturaların çox böyük seçimini təklif edirik. Şkafın fasadı sizin istəyinizlə dəri, fotoçap, rəngli plyonka, adi və ya qumvuran rəsmli güzgülər ilə bəzədilmiş ola bilər.

"Art Mebel" optimal qiymət-keyfiyyət nisbəti ilə və sifarişçi üçün ən sərfəli şərtləri ilə sifarişlə şkaf-kupeləri təklif edir.

Zamanla sınanmış istehsalçıdan və zəmanəti ilə şkafı indi sifariş edin!

Siz pulsuz əldə edəcəksiniz:

• Dizaynerin və ölçüləri götürən ustanın gəlməsi;
• Müasir mebel modasının tendensiyalara və ifa variantlara dair məsləhətlər;
• İndividual dizaynının hazırlanması, layihənin 3D-maketinin yaradılması;
• Bakı və ətraf şəhərlərin istənilən nöqtəsinə çatdırılması;
• Lazımi mərtəbəyə qaldırılması və quraşdırılması

(070) 565-37-05
info@artmebel.az
Sizə zəng edək?

© 2023  artmebel.az