Hazırladığımız mebellərin çeşidi kataloqda təqdim olunan modellərlə məhdudlaşmır. Zövqünüzə və istəklərinizə uyğun hər bir modelini hazırlaya bilərik.

"Art Mebel"-dən arzuladığınız mətbəx mebellərin sifarişi

Mətbəx – evdə çox mühüm yerdir, çünki burada nəinki yemək hazırlanır. Mətbəxdə ailə üzvləri tez-tez toplaşır, həm də ən yaxın dostlar üçün mətbəx "ikinci qonaq otağı" kimi istifadə edilir. Ona görə də mətbəxdə rahatlıq komfortla və funksionallıqla uzlaşmalıdır. Mətbəxdə məkanı düzgün təşkil etmək, məişət texnikası və qabların saxlanması üçün düzgün yer seçmək və əlbəttə ki, çay içmələri və söhbətlər üçün rahat bir guşə yaratmaq çox vacibdir.

Salonlarda təklif olunan mətbəx mebellərinin hazır variantları sadalanan tələblərə və nüanslara nadir hallarda cavab verir. Ən yaxşı qərar – mətbəx mebelinin sifarişlə hazırlanması sizin bütün istəklərinizi həyata keçirə bilən peşəkarlara etibar etməkdir.

"Art Mebel"-dən sifarişlə fərdi layihə üzrə mətbəx – bu arzuladığınız mebelin sahibi olmaq imkanıdır. Sizin tələblərə hətta ən cüzi xırdalıqları nəzərə alınmaqla tam cavab verən qarnituru əldə edəcəksiniz, habelə zəmanət verilir ki, mebel onun üçün ayrılmış məkana bir santimetrə qədər dəqiqliklə yerləşəcək.

Sizin istəyinizlə mətbəx mebeli istənilən üslubda tərtib edəcəyik, tələb olunan qutular və şkaflar, stol və stullar nəzərə alınmaqla; daha çox rahatlıq üçün lazımi detallarla təkmilləşdirəcəyik. Biş-düşü prosesi ev sahibəsi üçün rahat və xoş məşğuliyyət olacaq.

Bizim qiymətlər hər bir müştərini qane edəcək – biz həm ekonom səviyyəli mətbəx mebelləri (bir poqon metrinin qiyməti 250 AZN-dən başlayaraq), həm də daha bahalı modellərdən premium səviyyəli mebellərə qədər hazırlayırıq. Mətbəxin bir poqon metrinə divarın bir metrinə yerləşən üst və alt seksiyalar, rəflər, qutular, şüşələr, furnitura və sair daxildir.

Sifarişlə hazırladığımız mətbəx mebelin poqon metrinin dəyərindən asılı olmayaraq, onun keyfiyyəti dəyişilməz qüsursuz səviyyədə qalır. Biz həmişə yalnız yüksək keyfiyyətli xarici materiallardan və ən müasir avadanlıqlardan istifadə edirik. Ona görə də siz əmin ola bilərsiniz ki, biz optimal qiymət-keyfiyyət nisbətini təklif edirik.

Arsenalımızda olan materialların, fakturaların və rənglərin böyük müxtəlifliyi, həbelə dizaynerlərimizin peşəkarlığı məhz sizin evinizin interyerinə ideal yaraşacaq mebeli hazırlamağa imkan verir. Daha bir mühüm məqam – bizim mebel müstəsna etibarlılığı ilə fərqlənir, ona görə də o uzun illər boyu sizi sevindirəcək.

Hazırladığımız mətbəx mebelləri kataloqda təqdim olunan modellərlə məhdudlaşmır. Bizim tərəfimizdən xüsusilə sizin üçün yaradılmış dizayn-layihəsi üzrə, eləcə də digər tam istənilən dizaynda və üslubda sizin öz eskizinizin əsasında modeli hazırlaya bilərik.

"Art Mebel" sifarişlə istənilən mətbəx mebeli üçün sərfəli qiymətlər ilə yüksək səviyyəli servisin və orijinal dizayn həllərinin geniş çeşidliyinin optimal nisbətini təklif edir.

Zamanla sınanmış istehsalçıdan və zəmanəti ilə mətbəx mebeli indi sifariş edin!

Siz pulsuz əldə edəcəksiniz:

• Dizaynerin və ölçüləri götürən ustanın gəlməsi;
• Müasir mebel modasının tendensiyalara və ifa variantlara dair məsləhətlər;
• İndividual dizaynının hazırlanması, layihənin 3D-maketinin yaradılması;
• Bakı və ətraf şəhərlərin istənilən nöqtəsinə çatdırılması;
• Lazımi mərtəbəyə qaldırılması və quraşdırılması

(070) 565-37-05
info@artmebel.az
Sizə zəng edək?

© 2023  artmebel.az